Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, son iki ildə kirayə mənzil bazarında 15-20 faiz ətrafında qiymət artımı müşahidə olunur.
“ Daşınmaz əmlak bazarında icarəyə verilən mənzillərin qiyməti tələb – təklif əsasında formalaşır ”. Bunu açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.
“ Təkliflər artdıqca bazarda qiymətlər aşağı düşür, tələbat artdıqca isə artır. Son illər bazarda qiymətlərə iki əsas amil təsir edir. Bununla bağlı olaraq da qiymətlərdə artım müşahidə olunur. Hazırda paytaxtın Nizami, Nəsimi, Yasamal və Xətai rayonu ərazilərində kirayə mənzil qiymətlərində artım müşahidə olunur. Eyni zamanda paytaxta gələn turistlərin artması mərkəzdəki kirayə mənzillərə olan tələbatı artırmışdır. Ümumilikdə son iki ildə kirayə mənzil bazarında 15-20 faiz ətrafında qiymət artımı müşahidə olunur ” – deyə o bildirib.
İstinad: sputnik.az
Terefsiz.az