“Ermənilərin hazırda qayalıqların araxında 20-dək xüsusi təyinatlı əsgərlərinin meyiti qalıb.Hazırda həmin meyitlərin ərazidən çıxarılması üçün düşmən tərəfi döyüş aparır”.
Terefsiz.az xəbər verir ki, bu məlumat İTV-nin efirində cəbhə bölgəsindən xəbər verən jurnalist Heydər Mirzəyev məlumat verib. Jurnalist hərbi mənbələrə istinadən bildirib ki, Tovuz rayonu istiqamətində yerləşən postu ələ keçirməyə cəhd edən erməni hərbçiləri ciddi itki verib. Həmin mövqeyi ələ keçirə bilməyən düşmənin xüsusi təyinatlıları məhv edilib. Öldürülən hərbçilərin meyitləri hələ də qaylıqların arasında qalıb.