Rayonlara gediş-gəliş haqqında yeni qərar-RƏSMİ

0
135

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Avqustun 5-dən sonra insanların bölgələrə gedib-gəlişinə icazə veriləcəkmi?

Terefsiz.az xəbər verir ki, bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, yay mövsümündə karantin rejimi çətindir:

 

“Amma buna baxmayaraq müsbət qərarın verilməsi insanların özlərindən asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə mütləq şəkildə əməl etməlidir. Əks təqdirdə onu yumşaltmaq mümkün deyil. Yayı nəzərə alıb yumşaltsalar və karantin rejiminə əməl edilməsə koronavirus daha sürətlə yayıla bilər.

 

Operativ Qərargahda bunu nəzərə alaraq 2 həftə də sərt karantin rejimini uzatmaq istəyir. Bunun haqqında artıq ilkin fikirlər də səslənib. Amma təbii ki, qərar yoxdur. Yəqin ki, 2-3 günə rəsmi qərar verilə bilər. Ancaq inanıram ki, 15 gündə müsbət nəticələr əldə ediləcək. Artıq sağalanların sayı yoluxanlardan çoxdur. Bu müsbət haldır. Əgər sağalanların sayı artarsa və yoluxanlar azalarsa yumşalma ola bilər. Burada əsas yük insanların üzərinə düşür. Artıq yaxşı nəticə var. Əgər bu belə davam edərsə insanların rayonlara gedib-gəlişi məsələsinə baxıla bilər”.sonxəbər