Korrupsiya İdarəsi əməliyyat keçirdi, vəzifəli şəxs tutuldu

0
166

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvət almaqda ittiham olunan vəzifəli şəxsin tutulması üçün əməliyyat keçirib.

Terefsiz.az xəbər verir ki, Ziya Eldar oğlu Səfərəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması barədə baş idarəyə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Ziya Səfərəliyev rüşvət alarkən həbs edilib.

İstintaq orqanı tərəfindən Ziya Səfərəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Əməliiyatla bağlı ətraflı məlumat yaxın saatlarda veriləcək.

İstintaq gedir. /Demokrat.az/