Terefsiz.az big.az-a istinadən verdiyi xəbərə verir ki, bu barədə onun özü “TikTok”da danışıb.
Belə ki, 19 yaşında olarkən, bakirə olduğu halda, Samantanın menstruasiya (aybaşı) dövründə gecikməsi olub.
Hamiləlik fərziyyəsini rədd etsə də, sevgilisi test etməyi məsləhət görüb.
Təəccüblü olsa da, test müsbət cavab göstərib. Həkimə müraciət etdikdə isə, qızın artıq hamiləliyin 5-ci həftəsində olduğu məlum olub.
Həmin dövrdə qız kollecə daxil olmağa hazırlaşsa da, uşağı dünyaya gətirmək qərarına gəlib.
İzabel sevgilisi ilə bir-birilərinin cinsiyyət orqanlarına toxunduğu üçün hamilə qaldığını düşünür. Ginekoloq Cennifer Linkoln onun fərziyyəsinin olduqca nadir, lakin mümkün olduğunu deyir. Həkim yeniyetmələri kontrasepsiya mövzusunda daha diqqətli olmağa çağırır.
Hazırda Samantanın ilk övladının artıq 5 yaşı var. Bir il öncə isə hələ də birlikdə olduğu sevgilisindən ikinci uşağı dünyaya gətirib.
Dost və qohumları zarafatca Samantanı “Müqəddəs Məryəm” adlandırırlar.