Bakıda iki nəfər özünü öldürmək istədi – Biri sevgiyə, digəri narkotikə görə

0
299

Bakıda iki nəfər özünü öldürmək istədi – Biri sevgiyə, digəri narkotikə görə

Ötən günlərdə Bakıda iki intihara cəhd faktı qeydə alınıb.

Terefsiz.az saytı xəbər verir ki, Səbail rayonunda 36 yaşlı E.Məmmədov təraş ülgücü ilə damarlarını doğrasa da, sağ qalıb. Onun narkotik vasitə aludəçisi olduğu deyilir.

Məlumata əsasən, Məmmədov aprelin 27-də narkotik vasitə almaq üçün anasından növbəti dəfə pul tələb edib. Rədd cavabı aldıqdan sonra qəzəblənib və özünə xəsarət yetirib.

Xətai rayonunda isə 34 yaşlı Q.Nuriyev həyatına qəsd etməyə çalışıb. Aprelin 27-də, 02:15 radələrində Nuriyev Sabit Orucov küçəsində enerji içkisinin metal qabının qapağı ilə damarını kəsib. Qan itirməsinə rəğmən onun həyatını xilas etmək mümkün olub.

Q.Nuriyevin nakam eşqə görə bu addımı atdığı məlum olub. Nuriyev sevdiyi qızın ondan ayrılmasına dözə bilməyib.

İstinad: oxu.az

Terefsiz.az