Koronavirus nə üçün yaradıldı? – SENSASİON AÇIQLAMA

0
3368

Dünyanın elm adamları, tanınmış zəka sahibləri koronavirusun yaranması barədə nəhayət ki, gerçəkləri açıqlayaraq, susqunluqlarını pozdular.

Terefsiz.az Amerika və Avropanın tanınmış alimlərinin fikirlərini toplayan və koronavirusun süni olaraq yaradıldığını sübut edən professor, MD. PhD Ağabəy Azərbaycaninin araşdırmasını təqdim edir:

“Təəssüflə etiraf etmək istəyirəm ki, dünyada böyük qüvvələr insanları manipulyasiya edərək, onların həyatını, gələcəyini əllərinə alıblar.

Bu məsələni mən oxuduğum etibarlı mənbələrin məlumatları ilə sizə izah edəcəm.

Noam Chomsky 50 il Massaçuset (MIT) Universitetinin başqanı olub, 15 ildir Tuson Universitetində akademikdir, 100 dil bilən böyük alimdir.

Chomsky 2 həftə əvvəl Amerikanın məşhur telekanallarının birində çıxışında bildirdi ki, dünyanın nəhəng dövlətləri, rəhbərləri digər ölkələr və insanların həyatı ilə oynayır. Bu siyasətdə, oyunda bir yanlışlıq edərlərsə, onun günahını başqasının üzərinə atırlar.

Eyni zamanda, digər bir qadın professor Cudi Mikovits – molekulyar biologiya üzrə alimdir. 1981-ci ildə fransız alimlər qrupunun tərkibində HİV virusunu aşkarlayanlardan biri olub.

O, bir milyon tirajla satılan “Vəba və Taun kimin korapsia” kitabının müəllifidir, ön sözü Robert Kennedy yazıb. Həmin kitab böyük səs-küy yaratdı. Sonra onun kitabına qadağa qoydular, ində də çətin tapılır.

Bu xanım koronavirus haqqında müsahibəsində belə deyir:

“Koronavirus Uhan Universitetinin laboratoriyasında manipulyasiya məqsədilə yaradılıb və yanlışlıq olaraq ordakı işçilərdən kiməsə sıçrayıb. Həmin işçilərdən də yerli əhaliyə keçib.

Bu vaxta kimi mövcud olan zoonotik infeksiyanın – yəni hər hansı heyvana məxsus virusun insana, sonra insandan da insana keçməsi üçün ən azı 100-800 il vaxt lazımdır. Amma koronavirusun 2019-cu ildə yarasadan insana, sonra da sürətlə ölkədən ölkəyə keçməsi 1 il ərzində mümkün deyildi.

O ki qaldı, insanın yarasa yeməsinə. Bu vaxta kimi çox sayda xaqlar, insanlar ya adətdən, ya aclıqdan o qədər həşərat, vəhşi heyvan yeyib, hətta heyvanı çiy yeyiblər. Necə oldu bu vaxta kimi heç kim koronavirus və ya başqa virus tutmadılar?

Biz bilirik ki, pişik, it kimi ev heyvanların tüpürcəyində virus var. Bəs niyə bu heyvanlardan insana viruslar keçmir. Niyə yayılmır?”

Alim deyir ki, Amerikada Allergik və İnfeksion xəstəliklər üzrə rəhbər doktor Antoni Fauçi 30 ildir hər meydana çıxan virusa görə patent əldə edir və bunun üzərindən milyonlar qazanır.

Yeni Karolina ştatında Ordu laboratoriyaları ilə yanaşı, ötən il 3 milyon 700 min dollara Uhan laboratoriyana keçirdilər və bu müddət ərzində bərabər işlədilər.

Bəlkə də Amerika tamam başqa güclü, yeni, fərqli koronavirus meydana çıxartmaq istədi, amma bu ayrı istiqamətə getdi.

Bir maraqlı məqam da var. Bunu şəxsən özüm eşitmişəm.

19 il bundan qabaq İraqda müharibənin başlanmasından əvvəl Səddam Hüseyn müsahibəsində demişdi ki, düşmənimizə təslim olmasaq, bizi korona virusu ilə məhv edəcəyini deyir. Bu təsadüf ola bilməzdi.

İngiltərənin “MI 6” təşkilatının, bundan əvvəl isə kəşfiyyatın rəhbəri olmuş Sr.Riçard Derlov və London Universitetinin Sant George xəstəxanasının rəhbəri, Norveçin virusoloqu, professor Birgen Sorensen də bildiriblər ki, bu pandemiya bir xətadır, virus Çinin Universitet laboratoriyasında təsadüf əsəri kimi meydana gəlib.

Amma prezident Donald Tramp Çini ittiham etdi. Onu Uhan virusu adlandırıb, bəşəriyyətə də belə təqdim etdilər.

Mən tibbi təcrübəmdə kimyəvi, bioloji silah səbəbindən yaralanan və ölən insanlar, xüsusən hərbçiləri çox görmüşəm. Zavallı əsgərlərin günahı nə idi?

Bu xəstəliyin başlanğıcı pandemik yox, məncə, panandemik olub. Dünya iqtisadiyyatını çökdürmək niyyəti daşıyıb. Bunun bir səbəbi böyük qüvvələrin maraqlarıdır.

Amma bu xəstəlik düşünülən qədər öldürücü olmadı. Virusu xəstəlik təzə başlayanda bəzi dərmanlarlarla sağaltmaq olar.

Mənim rəhmətlik atam Malyariya institutunun rəhbəri idi və o, malyariyanı İranda bir neçə dərman və BAYER Choloroquinel preparatı ilə müalicə edib aradan qaldırdı.

10 aydır ki, koronavirus pandemiyası başlayıb, “German BAYER company” hansı ki, 70 ildir bu dərmanı istehsal edirdi, onun istehsalını dayandırıb.

Sonra 30 milyonluq partiya istehsal etdi, lakin onu da Trampa satdı. Keçən aydan Avropa, dünyanın heç bir ölkəsi bu dərmanı ala bilmirdi.

Bəs koronavirusdan özümüzü neca qoruyaq?

Artıq təcrübə göstərdi ki, virus yaşlı, cavan ayırmır. 45 yaşdan aşağı insanlar da ağır keçirə və ölə bilər. Ona görə qorunma hələ uzun müddət davam etməlidir.

Ən birinci qorunma sosial, ara məsafəsidir. İnsanlar bir-birindən qapalı yerdə 2-5 metr arası məsafə saxlamalıdır.

Ağız-burunu KN 95 maskası, gözləri də eynəklə qapamaq lazımdır.

Virus damlacıqlarla, xəstənin ağız suyu ilə çölə çıxır. Ona görə hətta danışanda da yoluxdura bilər.

Hava ilə də 7 metrə qədər gedə, əgər hava küləkli və tozlu olarsa, daha çox virus yayla bilir.

Nəmlı və yağışlı havada virusun yerə çökməsi daha çox olur. Qapalı yerlərdə havanın isti vaxtda sirkulyasiya olmur deyə, yoluxma ehtimalı çoxalır.

Əgər qapalı yerlərdə kondinsioner varsa, ufa işığı və elektrostatik yayan aparatları quraşdırmaq lazımdır. Bunlar virusun hissəciklərini tutub məhv edir.

Ən yaxşı profilaktika odur ki, insan açıq havada daha çox dolaşsın.

Gündüzlər ağacların kölgəliyində oksigen ala bilərlər. Hər gün 20 dəqiqə gün şüası almalı və hərəkət etməlidir.

Çox güclü təsirli qidalar var ki, immuniteti yüksəldir, ağ hüceyrələri artırır, bu da virusa qarşı killer hüceyrələrdir.

Bütün yaşıl bitkilər, tərəvəzlər, göyərtilər buna qadirdir. Meyvələrin ən mühümü çiyələk, tut, giləmeyvələrdir ki, immuniteti yüksəldir. Vitaminlər çox böyük kömək edir.

Əgər təbii şəkildə bitkilərdən, meyvələrdən alınsa, daha faydalı olar. Çünki bədən özündə vitamin hasil etmir. Əgər defisit varsa, o zaman qida əlavələri, preparatlar almalısız.

Biz beta limfositləri artırmaq üçün çalışmalıyıq ki, koronavirusun antitelini tutsunlar və virusun özünü aradan qaldırsınlar. Buna görə də A, B qrupu, C, D3, E çox mühüm vitaminlərdir.

Bir çox minerallar var ki. onlar da vacibdir. Sink, selen, dəmir, mis. Gündə 25 mq sink qəbulu çox kömək edə bilər. Onun koronavirusla mübarizədə təsiri təsdiqlənib.

Bir də mənim öz araşdırmam var: qara üzümün tumunun tozu və şuvarənin (flixweed) kronavirusa təsiri ola bilər, bunu xəstələr üzərində sınamaq lazımdır.

İnsanın timus vəzisi var: Boğazın altında və döş qəfəsinin yuxarısında olur. Uşaqlarda bu vəz daha böyük olur, insan yaşlandıqca timus atrofiyaya uğrayıb, çox kiçilir və bu vəzlər T hüceyrələri daha hasil etmirlər və ya az edirlər.

Ona görə uşaqlar koronavirusu rahat keçirir. Yaşlı orqanizmə isə gərək kömək edək ki, T limfositlər ifraz olsun. Buna İmmunoqlobulin də deyirlər, orqanizmə daxil olan yad antitelləri tanıyır və onlara hücum edib, öldürür.

Virusa qarşı mübarizə öz əlimizdədir. Siqaret və spirtli içkidən uzaq durmalıyıq.

Virus siqaretin tüstüsündə də „oturur“ və xəstə adam siqaret çəkdikcə, o tüstü ilə saga sola yayılır, insanlara keçir. Ona görə indiki vaxtda siqaret də ziyanlıdır.

Çoxlu maye için, meyvə, tərəvəz və yaşıl göyərti yeyin. Bir də tənəffüs gimnastikası və çox hərəkət etmək şərtdir. Yaxşı yuxu və istirahəti əskik etməyin.

Prof. Ağabey Azərbaycani MD. PhD.

Medicina.az