İngiltərə XİN-i Belarus seçkilərini tanımır.

0
821

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab deyib.

Raab seçkilərin hiylə yolu ilə keçirildiyin və nəticələrinin “saxta” olduğunu bildirib:

“Dünya bu saxta prezident seçkilərindən sonra baş verən dinc etirazları yatırmaq üçün Belarus hakimiyyətinin istifadə etdiyi zorakılığı dəhşətlə izlədi. Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olan nöqsanlar və repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırmaq aparmalıyıq. Britaniya məsuliyyət daşıyanları cəzalandırmaq üçün beynəlxalq tərəfdaşları ilə birlikdə çalışacaq və Belarus hakimiyyətinin məsuliyyətə cəlb edilməsini təmin edəcək”.

Qeyd edək ki, prezident Aleksandr Lukaşenko təkrar prezident seçkilərinin keçirilməyəcəyini açıqlayıb.

İstinad: mediapost

Terefsiz.az