Türkiyədə “Lotu Qulini” qətlə yetirən 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) və 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Serik Məhkəməsinə aparılıb.
TEREFSİZ.AZ saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, sıx təhlükəsizlik tədbirləri ilə şübhəlilər, qoruyucu gödəkçələr geyindirilərək məhkəməyə göndərilib.
Xan Əhmədlinskinin ilkin ifadəsi də məlum olub.
Nadir Səlifovla birlikdə böyüdüklərini bildirən Zeynalov deyib: “Onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyüdük. Onun cangüdənliyini etmişəm, illərlə onunla görüşdüm. Onu bəyənmirdim. Buna görə də öldürdüm”.
Terefsiz.az