Bakıda qonşular arasında dava düşdü – 2 nəfər bıçaqlandı

0
543

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Terefsiz.az APA-ya istinadla xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.

Dava zamanı paytaxt sakini Elvin Əhmədovla yanaşı onun qohumu – 1962-ci il təvəllüdlü Əhmədov Seyran Həmid oğlu da bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.