“İnformasiya, informasiyalaşdırma və informasiyanın müha- fizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” NAZİRLƏR KABİNETİNDƏN YENİ QƏRAR

0
233

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R

“Dövlət orqanlarının internet informasiya ehtiyatlarının
yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“İnformasiya, informasiyalaşdırma və informasiyanın müha-
fizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”,
“Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında
dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında”

Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 93-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr
tarixli 794 nömrəli, “Milli Televiziya və Radio Şurası haqqında
Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli
795 nömrəli, “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
2003-cü il 2 yanvar tarixli 835 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il
23 iyun tarixli 1074 nömrəli Fərmanına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il
4 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, № 9, maddə 915; 2016, № 9, maddə 2

1579; 2020, № 1, maddə 59) ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə aşağıdakı məzmunda 8.4-cü bənd əlavə edilsin:

“8.4. Dövlət orqanının internet informasiya ehtiyatında dövlət dili normalarına riayət olunması təmin edilməlidir”.

Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 sentyabr 2020-ci il

Terefsiz.az