Ordumuzun yeni dağıdıcı silahı – XÜSUSİYYƏTLƏRİ + FOTO

0
316

Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilir.

Terefsiz.az xəbər verir ki, lazer yönləndirməli aviasiya bombası sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xüsusiyyətlərinə gəlincə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb.

Uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.

“QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili təlabat və ixrac üçün nəzərdə tutulur.

Aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. İnert nümunlərin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.

İstinad: Oxu.az

Terefsiz.az