Azər Süleymanov: “Gürcüstan azərbaycanlıları hər bir çağırışa hazırdır”

0
108

“Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına ciddi qərar verib”.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində bildirilib.

Qeyd olunub ki, Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinə böyük zərbə vuran ermənilər Azərbaycanla yanaşı, Gürcüstanın da ərazisinə və əhalisinə qarşı ağlasığmaz vəhşiliklər törədiblər: “Bu gün hər iki dost, qardaş ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə qarşı üçüncü qonşu dövlət – Ermənistan tərəfindən daim təhdidlər yağdırılır. 1988-ci ildən bəri Azərbaycanın sağalmaz yarasına çevrilən Qarabağ itkisi və savaşı bu gün bütövlüklə Azərbaycan-Ermənistan sərhəddi boyunca daha da alovlanmaqdadır”.

Parlament üzvü qeyd edib ki, Gürcüstandakı soydaşlarımız 1990-cı illərdə Qarabağ və Abxaziya savaşına könüllü qatıldığı kimi, indi də Azərbaycanın, Gürcüstanın ərazi bütövlüyü uğrunda hər bir çağırışa hazırdır: “İnanırıq ki, sizin qətiyyətli addımlarınız sayəsində tezliklə torpaqlarımız azad ediləcək. Əgər Qafqaza böyük və əbədi sülhün gəlməsi üçün hər yerdə və hər iki qardaş ölkədə başlayacaq antiterror əməliyyatına bizim də əsgərlərimizlə birgə iştirakı vacib olsa, bir nəfər kimi buna hazır olduğumuzu bəyan edirik”.

İstinad: report.az

Terefsiz.az