ABŞ Venesuelaya qoşun göndərməyə hazırdır

0
235

Əgər lazım gələrsə, Vaşinqton Venesuelada hərbi əməliyyatlara başlaya bilər.

Terefsiz.az məlumat verir ki, bu bəyanatı Fox Business kanalının efirindən ABŞ dövlət katibi Mayk Pompeo səsləndirib.

“ABŞ prezidenti tamamilə aydın şəkildə bəyan edib ki, hərbi əməliyyatlar mümkündür. Bu tələb olunarsa ABŞ qoşun yeridəcək. Ağ Ev zorakılığın qarşısının alınacağına və Venesuela prezidenti Nikolas Maduronun sülh şəraitində hakimiyyətdən gedəcəyinə inanır”.

Reuters öz növbəsində xəbər verir ki, Pentaqon Ağ Evdən Venesuelada hərbi əməliyyatlara başlamaq haqqında əmr almayıb. ABŞ müdafiə nazirinin müavini Ketrin Uilbarger bildirib ki, onlar hər zaman ən fövqəladə halllarda hərəkətə keçmək üçün variant və planları gözdən keçirirlər.

Martın 1-də Pompeo bildirib ki, Maduro Venesuelanı tərk etmək istəsə də, Rusiya tərəfi onu bu fikirdən daşındırıb. Onun sözlərinə görə hətta prezident üçün nəzərdə tutulmuş xüsusi təyyarə uçuş zolağına çıxarılıbmış.

Rusiya və Venesuela diplomatik missiyaları bu xəbəri təkzib ediblər.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu məlumatı ABŞ-ın informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirib.

İstinad: Lenta.ru

Terefsiz.az