Ermənilər Moskvada Şuşanın işğalı ilə bağlı tədbir keçirəcək

0
199

Ermənilər Moskvada Şuşanın işğalı ilə bağlı tədbir keçirəcək

Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Terefsiz.az saytının məlumatına görə, erməni diasporu tərəfindən Moskvada Şuşanın “işğaldan azad edilməsi ildönümü”nə həsr olunmuş tədbir keçiriləcək. Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb.

“Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub”, – bunu “Moskvanın Azərbaycan İcması” Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiyanın asayiş keşikçilərinə məlumat verilib. Nəzərə çatdırılıb ki, bu, Moskvada Ermənistan və Azərbaycanın ictimai fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.

İstinad: Report

Terefsiz.az