FHN: Ermənilərin atdığı mərmilər Ağdam və Tərtərdə mülki obyektlərdə yanğınlar törədib – FOTO/VİDEO

0
182

TEREFSİZ.AZ saytı xəbər verir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

 

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Ağdam rayonunda vətəndaşlara məxsus üç fərdi yaşayış evi və təsərrüfat obyektində yanğına səbəb olub.

 

Hadisə baş vermiş ərazilərə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınların qarşısı alınaraq yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

Tərtər rayonuna mərmi düşməsi nətcəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.