Hikmət Hacıyev: “Gəncəyə hücum soyqırım aktıdır”

0
252

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında ermənilərin Gəncəyə barbar hücumunu Xocalı soyqırımı ilə müqayisə edib.

“Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”, – deyə o qeyd edib.