Azərin Türkiyədə onlayn platformada terrorçu Ermənistanın Azərbaycana hücumlarından danışdı.

0
180

 

Xalq artisti Azərin Türkiyədə onlayn platformada “Musiqi Müəllimləri Məktəbi Söhbətləri”nin qonağı olub.

 

“Anadolu” xəbər verir ki, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumlarından və Azərbaycanın işğal altındakı torpaqlarını geri almaq uğrunda mübarizəsindən danışıb.

“İnanıram, Azərbaycan bayrağını Qarabağda asacağıq”, – deyə o qeyd edib.

 

Sənətçi məşhur ifası olan “Çırpınırdı Qara dəniz”in müəllifləri Əhməd Cavad və Üzeyir Hacıbəylinin apardığı mübarizədən də bəhs edib və bildirib ki, inşallah əsəri Qarabağda da ifa edəcək.

TEREFSİZ.AZ