Ermənistan hökuməti Türkiyədən məhsul idxalına qadağa qoydu.

0
275

TEREFSİZ.AZ saytı xəbər verir ki, Ermənistan hökuməti Türkiyə məhsullarının idxalını müvəqqəti olaraq qadağan edib. Qərar dekabrın 31-dən qüvvəyə minəcək.

 

Bu barədə “RİA Novosti” Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ermənistan hakimiyyəti bu barədə 20 oktyabrda qərar qəbul edib.

Erməni tərəfi sözügedən qərarın təhlükəsizlik məqsədi daşıdığını bildirib. Buna səbəb kimi Türkiyənin Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq etməsi göstərilib.

TEREFSİZ.AZ