Futbol üzrə İtaliya çempionatının altıncı turunda “Milan” növbəti dəfə qələbə qazanıb.
TEREFSİZ.AZ saytı xəbər verir ki, Səfərdə “Udineze” komandasını 1:2 hesabı ilə məğlub edən “Milan”da 39 yaşlı Zlatan İbrahimoviç yenidən ön plana çıxıb.
İlh hissədə məhsuldar ötürmə ilə yadda qalan Z.İbrahimoviç qarşılaşmanın 83-cü dəqiqəsində yenidən ön plana çıxıb və hesabı “Milan”ın xeyrinə dəyişdirib.
Bununla da, ulduz futbolçu çempionatda “Milan”ın heyətində dördüncü qarşılaşmasında yeddinci qolunu vurub.
TEREFSİZ.AZ