Hikmət Hacıyev: “Ermənistan mülki obyektlərə qarşı fosforlu silahdan istifadə edir”

0
213

“Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini – hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi”.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“8 oktyabr tarixində də Ermənistan Füzuli bölgəsini fosforlu silahla atəşə tutub. Lakin mərmi partlamayıb. ANAMA mütəxəssisləri silahı zərəsizləşdiriblər. Fosfordan istifadə edərək, Ermənistan pilotsuz təyyarələrin kameralarını ağ tüstü ilə örtmək üçün Şuşa meşələrində od vurur.

Ermənistanın parçalanması 8 oktyabrda Füzuli bölgəsinə fosfor mərmilər atması ilə nəticələndi. Mülki obyektlərə qarşı fosfor silahlarından fəal şəkildə istifadə edən Ermənistanın Azərbaycana qarşı ittihamları tipik günahlandırma və məsuliyyətdən qaçma taktikasıdır”.