Türkiyədə zəlzələ qurbanlarının sayı 113 nəfərə çatıb.

0
181

TEREFSİZ.AZ saytı xəbər verir ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, təbii hadisə zamanı 1 035 nəfər yaralanıb. Onlardan 137 nəfərin müalicəsi davam edir.

Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.

TEREFSİZ.AZ