DİN: Aşıq Namiq qadına qeyri-etik təkliflər edib.

0
1147

Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.

 

TEREFSİZ.AZ saytı report.az-a istinadən xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir:

 

“Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.

 

İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə Namiq Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib.

 

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmənin 7 noyabr tarixli qərarı ilə N.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilib”.

 

Qeyd edək ki, İXM-nin 510-cu maddəsində 50 manatdan 100 manatadək cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs nəzərdə tutulub. İXM-in 535-ci maddəsinə əsasən isə 250 manat cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Əlavə məlumat;

Aşıq Namiq ” padxod ” etmir. Burada qaranlıq qalanlara bildirmək istəyirəm ki, yay aylarında ” Dədə Qorqud ” parkında onun ailəsindən “gizlin ” istifadə etdiyi sadə telefonu mən ağacların dibində tapmışdım. Telefonun yiyəsinin kim olmadığını bilmədiyim üçün telefonu zəng siyahısına və mesajlara baxası oldum. Mesaj qutusunda 1, 2, deyil, bir çox qadına ” şantaj “, ” təhdid ” xarakterli təhqir dolu mesajlar yazılmışdı. Bu mesajlar əsasən, onun iyrənc təkliflərinə ” yox ” dedikləri üçün idin. Mesajlardan birində xanımlara birinə digər nömrəsini yazmışdı deyə, kim olduğunu öyrənə bildim. Ona görə də telefonu ona özüm təhvil vermədim ki, mənə də ” yapışmasın “. Həmçinin, 102 xidmətinə zəng edərək, telefon tapdığımı bildirib, polislərin gəlib məndən telefonu təhvil almasını tələb etdim. Polislər gələndə isə telefonun mən tapdığımı qəti şəkildə həmin kəsə, yəni Aşıq Namiqə çatdırılmaması üçün xahiş etdim. Sağ olsun, polislər sözümü yerə salmadı. Onların özünə də dedim telefonda çox iyrənc mesajlar var, çoxu da şantaj və təhdid, təhqirlə dolu. Məsələ burasındadır ki, onlara məruz qalan insanlar müraciət etmədən polis iştirak edə bilmir. Çox şükür ki, aralarından kimsə öz haqqını axtardı.

Bənövşə Mahmudqızı

TEREFSİZ.AZ