ANAMA və DİN-dən əhaliyə təhlükə XƏBƏRDARLIĞI – VİDEO

0
326

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi (DİN) bir daha sakinləri naməlum və şübhəli əşalara toxunmamağa, xüsusilə də uşaqları tanımadıqları əşyalara əl vurmamağa və dərhal aidiyyəti üzrə “102” xidməti zəng mərkəzinə müraciət etməyə çağırır. 

 

İşğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, vətəndaşların təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək müvəqqəti olaraq, bu ərazilərə daxil olmaları qəti qadağandır və onlardan bu ərazilərə səfər etməmələri artıq dərəcədə xahiş olunur.