Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşdi.

0
156

Boca Juiniors ilk dəfə keçirilən Dieqo Maradona Kubokunun qalibi olub.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, əfsanəvi futbolçunun sabiq komandası finalda Banfield-i üstələyib.

 

Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:3) Boca Juniors kuboka sahib çıxıb.

 

Qeyd edək ki, turnirin daha əvvəl Liqa kuboku adlandırılacağı bildirilsə də, Mradonanın ölümündən sonra ona veteran hücumçunun adı verilib.

TEREFSİZ.AZ