Bəzi mal-qara və ev toyuqların idxalından gömrük rüsumu tutulmayacaq.
Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarla bağlı məlumatında qeyd olunub.
TEREFSİZ.AZ saytı xəbər verir ki, Nazirlər Kabinetinin 11 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə “0102 21 300 0” kodu ilə göstərilən safqanlı cins inəklər, “0102 21 900 0” kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), “0105 11 110 0” kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və “0105 11 190 0” kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək “0” (sıfır) dərəcə ilə idxal gömrük rüsumu tutulur.
TEREFSİZ.AZ