Azərbaycanın qiymətli kağızlar bazarı 14%-ə yaxın azalıb.

0
812

2020-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 14 129,5 milyon manatlıq əməliyyat aparılıb.

 

TEREFSİZ.AZ saytı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 13,7% azdır.

 

İllik göstəricinin 9 046,1 milyon manatlıq hissəsi ilkin bazarda (31,4% az), 5 083,4 milyon manatlıq hissəsi isə təkrar bazarda (58,9% çox) formalaşıb.

 

Hesabat dövründə qiymətli kağızlar bazarında 6 296 əqd bağlanılıb. Bu, illik müqayisədə 3,7% çoxdur. Əqdlərin 1 491-i ilkin bazarın (20,7% az), 4 805-si isə təkrar bazarın (14,6% çox) payına düşüb.

 

Ötən il qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 622,9 milyon manatlıq hissəsi və yaxud 61%-i dövlət qiymətli kağızlarının, 3 356,5 milyon manatlıq hissəsi və yaxud 23,8%-i korporativ qiymətli kağızların, 2 150,2 milyon manatlıq hissəsi və yaxud 15,2%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 26,8% az, 3,5% az və 91,5% çoxdur.

 

İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 737-i və yaxud 27,6%-i dövlət qiymətli kağızlarının, 3 237-i və yaxud 51,4%-i korporativ qiymətli kağızların, 1 322-si və yaxud 21%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 20,2% az, 1,2% az və təxminən 2,1 dəfə çoxdur.

TEREFSİZ.AZ