Ahıl kişi Rusiyadakı oğlunun ölüm xəbərini eşitdi, özünü asdı

0
253

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Terefsiz.az saytının  xəbərinə görə, Təbriz küçəsi, ev 234-də yaşayan 83 yaşlı Əhməd adlı kişi özünü asaraq intihar edib.

Qonşuların dediyinə görə, onun Rusiyada yaşayan oğlu bir il əvvəl vəfat edib. Oğlunun ölüm xəbərini eşidəndən sonra Əhməd kişi depressiyaya düşüb.

Oğlunun nədən öldüyünə dair məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

İstinax: Oxu.az

Terefsiz.az