Yunanıstanla Türkiyə qaz davası astanasında

0
264

Yunanıstanla Türkiyə qaz davası astanasında

Yunanıstan Türkiyədən Kiprə aid iqtisadi zonada qazma işlərini dayandırmağı tələb edib.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Afina Ankaranın müvafiq qərarını pisləyərək qonşu ölkədən bölgədə sabitliyə zərbə vuracaq addımlardan çəkinməyə, habelə Kipr probleminin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

Qeyd edək ki, Kiprin iqtisadi zonasında qaz yataqları aşkarlanıb. Türkiyə orada qazma işlərini aparmaq hüququna malik olduğuna əsaslanaraq əraziyə “Fatih” qazma gəmisini göndərib.

Terefsiz.az