Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış

0
107
“Ermənistan Azərbaycanla müharibədən sonra əldə edilən Dağlıq Qarabağ razılaşmasına riayət etməlidir”.
Terefsiz.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə yönəlmiş hər hansı bir təhdid görmürük. Ermənistandakı proseslərə rəğmən, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi vacibdir”, – o qeyd edib.
Peskov dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə də toxunub:
“Telefon danışığı ilə bağlı bizim tərəfimizdən yayımlanan mətni diqqətli təhlil etdinizsə, Putinin Ermənistandakı problemlərin qanunlar çərçivəsində həlli lehinə danışdığını görə bilərsiniz. Bu ifadə çox vacibdir”.