Türkiyənin Antalya şəhərində keçirilən MMA üzrə “Fight Night Global” turniri çərçivəsində döyüş gecəsi baş tutub.
Terefsiz.az saytının xəbərinə görə, keçirilən yeddi görüş arasında azərbaycanlı idmançı Elnar İbrahimovla pankration, qrapplinq və həvəskar MMA üzrə tacikistanlı dünya çempionu Akmalcon Mamurovun da döyüşü olub.
Yarımyüngül çəkidə (-65,77 kq) mübarizə aparan idmançımız yekunda hakimlərin qərarına əsasən qalib elan edilib. Bu, Elnarın peşəkar MMA karyerasında 20-ci döyüşü olub. O bunlardan 16-da qalib gəlib.
Yeri gəlmişkən, Rusiyanın paytaxtı Moskvada “Fight Night Global” turnirinin yüngül çəkidə çempionu olan Nəriman Abbasov və Elnar İbrahimov artıq Bakıya qayıdıb. Onları Heydər Əliyev Hava Limanında idmançı dostları qarşılayıb.
İstinad: oxu.az
Terefsiz.az