Şəhərin mərkəzində erməni iğtişaşçılarının cibinə işləyən kafe hələ də fəaliyyət görsədir.

0
127

Bu gün facebook sosial şəbəkəsində Vüqar Baba adlı istifadəçi belə bir post paylaşıb.

https://www.facebook.com/vugarbaba/posts/10158211205743775

Paylaşımdan aydın olur ki 44 müharibə zamanı Anderson kafelər şəbəkəsinin müdirəsi Anastasiya Tatulova KhanCandy adı altında yenidən kafe işlədir. Oxucularımızın nəzərinə çatdıraq ki müharizə zamanı bu qadın öz profilində bildirmişdi ki ermənilərə dəstəkdir və kafedən gələn gəlirlə erməniləri döyüşlərdə dəstəkləyir.

Postun müəllifi oxucuların diqqətinə çatdırır ki, kafe hal-hazırda başqa adla fəaliyyət göstərsə də, hələ də eyni bir adama məxsusdur və bu o deməkdir ki kafedən gələn gəlir erməni sepratçılarının cibinə gedir, onların Qarabağımızda hərbi iğtişaşlar törətməsinə bir başa dəstək üçün istifadə edilir.

Ortaya bir sual çıxır. Bu qadının belə bir etirafından sonra onun fəaliyyəti ölkəmiz ərazisində niyə durudulmayıb. Niyə o hələ də fəaliyyət görsədir və buna icazə verilir? Çünki ölkəmizin suverenliyi, onun ərazi bütövlüyünə ziyan vurmaq və hər bir yolla ölkəmizin, xalqımızın nümfuzunu sarsıtmaq istəyən hər kəs qanunla cəzalandırılmalı, fəaliyyətinə məhdudiyyət qoyulmalıdır. Ümidvarıq ki, bu məsələyə aidiyyatı qurumlar diqqət yetirəcək və lazımi tədbirlər görəcəkdir.