Azərbaycanda bu qadağan edilir

0
112

SON DƏQİQƏ! Azərbaycanda bu qadağan edilir  – Hər kəs oxusun…

Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Terefsiz.az-ın Oxu24.com -a istinadən  məlumatına görə, qüvvədə olan qanuna görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxil edilib. Layihəyə əsasən, bu sıraya jalüz çəkilməsi də daxil edilir.

 

Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi.

Eyni zamanda qüvvədə olan qanuna görə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin  arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Qanuna təklif olunan dəyişiklikdə isə sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyən edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.