Çində yaşayış binasında yanğın olub.
Terefsiz.az xəbər verir ki, hadisə Quandun vilayətində qeydə alınıb.
Xeyfen ərazisində, altımərtəbəli yaşayış binasında baş vermiş hadisə zamanı 5 nəfər ölüb, daha 27 nəfər yaralanıb. Yanğının baş verdiyi bina Quans Universitetinin Pedaqoji İnstitutunun qarşısında yerləşir. Bildirilir ki, binanın üç yüksək mərtəbəsi tələbələrə kirayəyə verilib.
İstinad: RİA Novosti
Terefsiz.az