Bakıda küçədə aşkarlanan uşaq dispanserə yerləşdirilir.

0
161

TEREFSİZ.AZ saytı xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı növbəti məlumat yayıb.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə həyata keçirdiyi səlahiyyətləri çərçivəsində uşaq və anası tapılıb.

Onun sözlərinə görə, hazırda azyaşlının müalicə üçün tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.


12:34

Ailə, Qadın və Uşaq Problemləti üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə küçədə aşkarlanan uşaq barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu  bildirib ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli, eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir.

“Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik” – Dövlət Komitəsindən bildirilib.

Terefsiz.az