Yaşar Quluzadə – Noxta

0
780

Tarixin Qapıları – Köhlən Sarılar.

Bir ayğırın tarixçəsi.

Noxta

Noxta adlı ayğır təmizqanlı Qarabağ atı, atası Nadir, anası isə tipik parıltılı-sarı Qarabağ atı madyanı olmuşdur. Noxta 1935-ci ilde Nuxanın/Şəkinin Daşüz kəndinde 71 saylı At Zavodunda doğulur. 1943-cü ildən 1947-ci ilə kimi Noxta Mardakert/Ağdərə rayonunda ayğır kimi istifadə edilir. 1947-ci ildə isə bu sonuncu düşünülən təmizqanlı Qarabağ atı ölür. Qarabağ atlarının regionda axtarılıb, müəyyən edilməsi məqsədi ilə Azərbaycan SSR Sovxozlar Nazirliyinin və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri axtarışlarını davam etdirirdilər. Komissiyanın tərkibi əsasən, Azerbaycanlı alim və professorlardan ibarət idi. Ekspedisiyanın axtarışları zamanı Dövlət Zavod Tövlələrinin birində müşahidə edilən atların içində sarı-qızılı madyanın altında olan yaraşıqlı bir dayça tapılır. Bu həmin məhşur Noxtanın erkek balası, gələvəkdə Uels Şahzadəsi Çatlz üçün SSRİ Dövlətinin başçısı tərəfindən hədiyyə qismində Böyük Britaniya Kral ailesinə peşkış gönderilmiş, Zamanın atası ve artıq sözün əsil mənasında sonuncu təmizqanlı Qarabağ atlarından olan Sultan idi.


Ardı var…
🏇
Varmı bir aşiq ucalsın nalesi nalem kimi?
Hansı bir qelb içre var qelbimdeki bu qem kimi?
Eşqi izhar eyleyen nalem ucaldı göylere,
Sepdi bu göz yaşını gülşenlere şebnem kimi.
Eşq sirrinden xeberdar olmayanlar söyledi;
Bax buna, divanedir Mecnuni-bihemdem kimi.

Şefai