” Canlı Miras ” – Tarixin qapıları ( Azərbaycan atları haqqında )

0
753

Ey əziz❤️Yurdumun Köhlən atları.

🏇Tarixin qapıları.

1946-cı ildə may ayının 7-dən 22-sinə kimi Xalq Torpaq Komissarları tərəfindən Qarabağ atının keçmişdə yayıldığı regionlara xüsusi ekspedisiya tədqiqatı göndərilir. Ekspedisiya 43 kolxoz və at fermasında olan atlara ümumilikdə 1834 ata qiymətləndirmə baxışı keçirir. Mütəxesislər bu atların içindən cəmi 59 baş təmizqanlı qarabağ atı madyanı və bir baş da erkək qarabağ atı dayçası aşkarlayırlar. Yığılan atların xətti və ailələri müəyyən edilir.

1. Erkək at
cəmi bir baş: Xətt və şəcərəsi->
təmizqanlı qarabağ atı dayçası.
Nadirin nəvəsi ->Noxtanın oğlu-> Sultan adlı dayça/at.

2. Madyan at cəmi 59 baş sarı parıltılı-qızılı rengde Qarabağın xanlıqlar dövründen nesilleri gelen temizqanlı Qarabağ atı madyanları.
Qarabağ Atlarının Dövlet Damazlıq Kitabında ise bu madyanlar qarabağ atı tipi kimi bonitreden keçirilərək gösterilirler(!).

Ailə mənsubiyyəti / cəmi 9 ailə.
1-ci ailə başçısı-> Sürət adlı madyanın ailəsi.
1936-cı il , parıltılı-sarı qızılı rəngdədir, sinfi elita*.

2-ci ailə başçısı -> Taçka adlı madyanın ailəsi;
1940-cı ildə doğulmuşdur, parıltılı-sarı qızılı rəngdədir, sinfi elita*.

3-cü ailə başçısı -> Nazənin adlı madyanın ailəsi; 1943-cü ildə doğulmuşdur, parıltılı-sarı qızılı rəngdədir, sinfi elita.

4-cü ailə başçısı -> Aypara adlı madyan. 1940-cı ildə doğuşmuşdur, parıltılı-sarı qızılı rəngdədir, 1-ci sinfə aiddir.

5-ci ailə başçısı -> Darçının ailəsidir. 1942-ci ilde doğulmuşdur, parıltılı-sarı qızılı rəngdədir, sinfi elita.

6-cı ailə başçısı -> Dəyişik adlı madyanın aileşəsi; 1948-ci ildə doğulmuşdur, rəngi parıltılı-sarı qızılıdır, sinfi 1-ci dinif müəyyən edilmişdir.

7-ci ailə başçısı -> Narıncxanlıq adlı madyanın ailəsidir; 1938-ci ildə doğulmuşdur, parıltılı-sarı qızılı rənglidir, sinfi elita.

8-ci ailə -> Babka adlı madyanın ailəsi; 1944-cü ildə doğulmuşdur, parıltılı sarı-kəhər rəngdədir, 2-ci sinif kimi qiymətləndirilib.

9-cu aile başçısı -> Şamama adlı madyandır; 1939-cu ildə doğulub, rəngi qəyd olunmayıb(!), elita sinifli madyandır.

🐎Madyanların seçilməsi ekspadisiyasında iştirak edənlər
H. Əfəndiyev, S. Cəfərov, S. Aquşeviç.

 

🐎1993-cü ilin yayında Ağdam döyüşləri zamanı başda rəhmətlik Qedirov olmaqla bir qrup fədakar ağdamlılar yuxarıda adları yazılan Qarabağ atlarının qarnı qızıl doğan madyanlarının ailələrinin törəmələrinn hamısını atəş altından çıxarmağa nail olurlar.

1993-cü ildən 2021-ci ilə kimi bir qrup cinayetkar deste başda Ağdam Atçılıq Zavodunun keçmiş müdürü Maarif Hüseynov olmaqla həmən bu madyanları(ilxını) Lenberan Düzünde sağa-sola satılaraq, acından qıraraq ilxını tanınmaz hala salırınır. Azerbaycanın derin atçılıq mədəniyyetindən xəbər vərən bu ilxının məhv edilməsinin zərəlin miqyasını pul vahidi ilə ölçmək mümkün deyil.

🐎2018-ci ildə latviyalı rəssam Datse Ştrausa “Lənbəran qarabağ atları” ilxısını görəndən sonra “Red on Golden” adlı əsəriini çəkir. Bu qırmızı rəngli tablo Bakı Muzey Mərkəzində nümaiş etdirilir. Lənbərandakı vəziyyəti görəndən sonra rəssam heç vaxt Ağdam Atçılıq Zavodu MMC-də olan tünd kürən rəngli atları 1946-cı ildə azərbaycanlı mutəxəssidləri min əziyyətlə müəyyən edib bir yerə toparladığı qarabağ atların məhşur ailələrinin törəmələri olmasını qəbul etmir…

2018-ci ilde D.Ştrausa Azerbaycanda sonuncu tanıdığı atların sergisi reşkil edende bu serginin adını “Tarixin Qapıları” “Gates of History” adlandırmaq isteyir. Müeyyen sebeblere göre sergi “Canlı Miras” “Living Legacy” adlanır.

Yaşar Quluzadə

🇱🇻🇦🇿