TEREFSİZ.AZ saytı xəbər verir ki, ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi üçün uyğun ölkə kimi Polşanı seçib.
Bu barədə Rusiya XİN-in Diplomatik Akademiyasının Beynəlxalq Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kozyulin danışıb.
Onun sözlərinə görə, ABŞ-ın nüvə silahını yerləşdirmək üçün seçəcəyi ölkə müvafiq infrastrukturu təmin edə biləcək potensiala sahib olmalıdır. Bu baxımdan isə tələblərə ən uyğun ölkə Polşadır.
Terefsiz.az
Mənbə: Gazeta.ru