“Qalatasaray” Türkiyə Super Liqasında liderliyə yüksəlib

0
268

Futbol üzrə Türkiyə Super Liqasının XXXI turunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edib.

Terefsiz.az saytı xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qol 44-cü dəqiqədə vurulub. Henri Onyekuru “sarı qırmızılar”ı önə keçirib. 54-cü dəqiqədə isə Fernando fərqi iki topa çatdırıb.

Bu qələbədən sonra 63-cü xalını qazanan “Qalatasaray” “Başakşehir”lə xallarını bərabərləşdirib və liderliyə yüksəlib. “Beşiktaş” isə 59 xalla üçüncüdür.

Terefsiz.az