Mariya Stadnik karyerası ilə bağlı qərar verib paylaşın:Güləşçimiz Mariya Stadnik karyerasını davam etdirəcək.

0
240

Titullu idmançı bu barədə Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib. O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istədiyini bildirib. 2 qat dünya və 8 qat Avropa çempionu bu qərarı Tokio olimpiadasından qayıtdıqdan dərhal sonra qəbul edib: “Düşünürəm, nə qədər ki, döyüşmək istəyim var, bütün potensialımı gerçəkləşdirməyə məcburam. Ailəm və dostlarım mənə çox inanırlar. Oğlum güləşə davam etməyimi istəyir, çünki güclü olduğumu deyir. Çox istərdim ki, beş olimpiya medalım olsun. Hər medal mənim həyat hekayəmin, səyahətimin bir parçasıdır. Beş olimpiya halqası var, ona görə də beş olimpiya medalına sahib olmaq tarixə düşəcək”. Qeyd edək ki, Mariya Stadnik “Pekin-2008” və “Tokio-2020″də bürünc, “London-2012” və “Rio-2016″da isə gümüş medal qazanıb.

Terefsiz.az