Futbol üzrə Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı təxirə salınıb.
TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yanvarın 15-də keçirilməli olan qarşılaşmanın təxirə salınmasına “Konyaspor”un müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi səbəb göstərilib. Qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq.
Terefsiz.az