Çərşənbə axşamı günü Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzaladı.
Rusiyanın hökumət saytı bunu Rusiya ilə Azərbaycan arasında münasibətləri “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi xarakterizə edib.
Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə barədə ətraflı məlumat mövcud olmasa da, Azərbaycanın hökumətyönlü saytları bu sənədi Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə müqayisə edərək ona bənzədiblər.
Bəyanatda nə deyilir?
43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.