Britaniyanın sanksiya tətbiq etdiyi Rusiya bankında Azərbaycanın da payı var.

0
232

Britaniyanın sanksiya tətbiq etdiyi Rusiya bankında Azərbaycanın da payı var
Azərbaycan Dövlət Neft Fondu (ARDNF- SOFAZ) 2013-cü ildə VTB Bank ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alıb və bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

ARDNF-in saytında 2019-cu ilə aid bir xəbərdə deyilir ki, Fond həmin il bu banka pul qoymasına görə tənqid olunub.

İqtisadçı Qubad İbadoğlu Facebook hesabında yazıb ki, “Böyük Britaniya VTB-yə sanksiya elan edən kimi Bankın səhmləri 41% dəyər itirdi.”