El Salvador-un Bitcoin planları suya düşdü!

0
208

İyun ayında Bitcoin-i qanuni ödəniş vasitəsi olaraq qəbul edən və dünyada bir ilki həyata keçirən El Salvador, vətəndaşlarını məmnun edə bilmədi. Ölkədə həyata keçirilən yeni bir anketə əsasən El Salvadorlular Bitcoin-ə istənilən marağı göstərmədi.

Cənubi Amerika ölkəsinin etdiyi Bitcoin həmləsi, bütün kripto mediyasında səs gətirmişdi. Hətta vətandaşlarına 30 dollarlıq pulsuz Bitcoin paylama kampaniyası da başladan El Salvador hakimiyyəti, yeni anket nəticəsinə görə  məyus olmuş kimi görünür. Kripto pulun qanuniləşdirilməsindən sonraki yeddi ayda, ödənişlərin cəmi 5 %-i Bitcoin ilə edildi.

El Salvador xalqı Bitcoin-ə niyə güvənmir?

El Salvadorun Bitcoin-də nə qədər uğurlu olması müzakirə mövzusudur. El Salvador prezidenti Nayib Bukelenin rəhbərlik etdiyi kriptovalyuta kampaniyasına gözlənilən marağın baş tutmadığı bildirilib. Hesabata görə, ölkənin rəqəmsal pul kisəsi  “Chivo Wallet” geniş yayılmış ödəniş vasitəsinə çevrilə bilməyib.

Sorğu 2022-ci ilin birinci rübündə demək olar ki, heç kimin Chivo Wallet-i yükləmədiyini ortaya qoydu. İlk dəfə sentyabr ayında istifadəyə verilən proqram El Salvadorun yerli rəqəmsal portmanesi olduğu üçün Bitcoin ilə ödəniş imkanı təqdim edir.

1800 insan arasında sorğu keçirən analitiklərin fikrincə, El Salvador xalqı hələ də kriptovalyutaya güvənməkdə böyük problemlər yaşayır. Chivo-nun az yüklənməsinin səbəbi Bitcoin-ə qarşı bu etibarsız mühit idi.

“Tətbiqin yüklənməməsinin ən mühüm səbəbi istifadəçilərin nağd puldan istifadəyə üstünlük verməsi və kriptovalyutaya etibarının az olması idi. İştirakçılar sistemə və ya Bitcoin-in özünə güvənmədilər”.

Chivo Wallet ilə demək olar ki, heç bir vergi ödənişinin olmadığını göstərən sorğu, son 7 ayda Chivo-da həyata keçirilən bütün satışların sadəcə 5 faizinin Bitcoin vasitəsi ilə baş tutduğunu ortaya çıxardı. Qalan ödənişlərin əksəriyyətini ölkənin digər qanuni valyutası olan dollar alıb.

Cənubi Amerika ölkəsinin Bitcoin hərəkəti rəğbət qazanmasa da, prezident Bukelenin daha böyük kriptovalyuta planları var. Bu planlardan bəziləri vulkanın yanında tikiləcək dünyada ilk  olacaq “Bitcoin şəhəri”-nin tikintisi və Bitcoindən əldə edilən qazancın 20 faizi ilə məktəb tikintisidir.

TEREFSİZ.AZ