Avropa İttifaqı Rusiyaya qarşı neft embarqosu planı hazırlayır

0
204

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq bu ölkəyə qarşı neft embarqosu tətbiq etməyi ciddi şəkildə düşünür.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Senatda çıxışı zamanı deyib.

“Aİ-nin özü Rusiyaya qarşı fəal şəkildə sanksiyaların tətbiqini davam etdirir. Düşünürəm ki, növbəti addım Rusiyaya neft embarqosudur. Onlar bunun üzərində işləyirlər. Biz onların bunu necə etdiyini diqqətlə izləyirik”, – Blinken Senatdakı dinləmələrdə deyib.

Yüksək vəzifəli diplomat əlavə edib ki, Birləşmiş Ştatlar da öz növbəsində Rusiya iqtisadiyyatının bir sıra yeni sektorlarına sanksiya təzyiqini diqqət mərkəzində saxlamağa davam edəcək.

Terefsiz.az