Venesiyada keçirilən “Dolce and Gabbana” brendinin yeni kolleksiyasının təqdimatında 2022-ci ildə vitrinlərdə yer alacaq parçalar nümayiş olunub.
TEREFSİZ.AZ saytı xəbər verir ki, pandemiyadan sonra açıq havada gerçəkləşən təqdimatda geyimlərin dizaynında ön plana çıxan çiçək motivləri diqqət çəkib. Eyni zamanda, parıltılı və qızılı tonlardan istifadə edən moda şirkəti qardirobda bu çalarlara yer verilməli olunduğu proqnozunu çatdırmış olub.
Yeni ildən ətəklər, donlar, fərqli dizaynlı, çiçəkli, naxışlı ayaqqabılar daha çox dəbdə olacaq.