Yer Kürəsi və Titan arasında yeni oxşarlıqlar üzə çıxdı

0
262

Saturn planetinin  peyki olan Titan, günəş sistemimizdə canlı həyatın aşkarlanma ehtimalının ən çox olduğu yerlərdən biridir. Bu ehtimalı araşdırmaq üçün NASA, 2027-ci ildə Titanı ziyarət etmek məqsədi ilə Dragonfly adlı bir proyekt həyata keçirir. Titan, qalın atmosferi və sahib olduğu gölləri ilə olduqca cəlbedici bir yerdir.

Titan, səthində maye metan və etandan ibarət göllərə məskənlik edir .Peykin buzdan ibarət səthinin altında isə okean olduğu düşünülür. Yeni araşdırmalar ən azından mövsümi döngü baxımından, Titan-ın planetimizlə əvvəl düşünüləndən  daha çox ortaq cəhətə sahib ola biləcəyini göstərir.

Titan, Yer kürəsinə gözləniləndən daha çox bənzəyir!

Titanda potensial olaraq həyat ehtimalının olduğu qəbul edilir. Stanford Universiteti və NASA-nın Jet Propulsion Laboratoriyasından olan  elm adamları da bu səbəbdən peyki araşdırmağa davam edir. Araşdırmalar, Saturn-un peyindəki qum təpələri və ovalar kimi səth xüsusiyyətlərinin necə yarandığına cəmlənib.

Günəş sistemində önəmli bir atmosferə sahib olduğu bilinən tek peyk olmasından əlavə, Titan mayenin səthdən axıb buludlara çevrildiyi, Yer kürəsinə su dövrünə bənzər mövsümi bir maye dövrünə də sahibdir. Lakin planetimizdə su ilə meydana gələn bu dövr Titan-da maye metan ve etan ilə baş verir.

Bu mövsümi dövr, hidrokarbonlardan əmələ gələn qum təpələrnin necə əmələ gəldiyini  də izah edir. Yer kürəsindəki qumlar möhkəm silikat dənələrindən ibarətdir, Titandaki qumlar isə əsasən, rahat aşına bilən yumuşaq elementlərə sahibdir. Bu elementləin qum təpələrini əmələ gətirən strukturlara necə çevrildiyi,bu günə kimi  cavabı tapılmamış bir sual idi.

Tədqiqatçılar, cavabı hissəciklərin temperatur və ya təzyiq səbəbi ilə qatı bir kütlə halında bir yerə cəmləndiyi  sinterləmə (İngiliscə – “sintering”) adı verilən bir  prossesdə tapdılar. Bu prossesin hissəciklərin aşınma və korroziya miqdarını balanslaşdıraraq müəyyən bir ölçüdə qalmasını təmin etdiyi düşünülür.

Bu prosses peykdəki mövsümi dövr ilə birləşdirildiyində Titan-ın ekvator ətrafında yaranan qum təpələrini, orta enliklərin ətrafındaki ovaları və qütblərin yaxınında labirint ərazi adı verilən mürəkkəb əraziləri də izah edir. Fərqli ərazilər, ətrafındakı qalıqları daşıyan fərqli miqdarlarda olan külək, yağış və göllərin axışından meydana gəlir. Bütün bunlarla birlikdə fərqli hissəciklərə baxmayaraq, Titanda, Yer kürəsindəkinə həddən artıq bənzəyən bir mövsümi dövr sisteminin olduğu görülür.

 

TEREFSİZ.AZ