Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub – SİYAHI

0
177

Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.

TEREFSİZ.AZ saytı  xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.

 

Belə ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək.

 

Həkim – allerqoloq Həkim – psixiatr
Həkim – dermatoveneroloq Həkim – oftalmoloq
Həkim – endokrinoloq Müalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevt Həkim – pulmonoloq
Həkim – infeksionist Həkim – revmotoloq
Həkim – kardioloq Həkim – terapevt
Həkim – narkoloq Həkim – toksikoloq
Həkim – nevroloq Həkim – travmatoloq – ortoped
Həkim – pediatr

 

14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.

Həkim – nefroloq Həkim – epidemioloq
Həkim – ftiziatr Həkim – hematoloq
Həkim – neonatoloq Həkim – diyetoloq
Həkim – genetik Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborant Psixoloq
Həkim – metodist Loqoped
Həkim – mikrobioloq Həkim – statistik