UEFA prezidenti: “Yeni format Superliqa layihəsi deyil”

0
190

UEFA prezidenti Aleksander Çeferin avrokubokların yeni formatı ilə bağlı tənqidlərə münasibət bildirib.

Sloveniyalı funksioner “L Equipe” nəşrinə açıqlamasında bunun Avropa Super Liqası layihəsi olmadığını söyləyib.

Çeferin deyib ki, Superliqada həmişə eyni klublar oynamalı idi: “Burada isə vəziyyət fərqlidir və komandalar yeni formata böyük maraq göstərirlər”.

Qeyd edək ki, UEFA İcra Komitəsi avrokuboklarda komanda sayını 32-dən 36-ya yüksəldib, qrup mərhələsini isə ləğv edib. Yenilik 2024/2025 mövsümündən tətbiq olunmağa başlayacaq.

 

TEREFSİZ.AZ