Mahir Emreli Xorvatiya çempionu olub

0
155

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olub.

35-ci turda səfərdə “Şibenik” üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran “Dinamo” ən yaxın izləyicisi “Hayduk”u 4 xal geridə qoyub.

Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

 

TEREFSİZ.AZ